WSJ: “İrana zərbələr əks nəticə verib” | VİDEO

   WSJ: “İrana zərbələr əks nəticə verib”    | VİDEO
  01 İyul 2025    Oxunub:674
ABŞ və İsrailin İrana zərbələri İslam Respublikasını nüvə silahının istehsalına sövq edə bilər.
AzVision.az xəbər verir ki, İranın nümayəndələri ilə nüvə sazişi üzrə danışıqlarda Amerika nümayəndə heyətinin keçmiş üzvü Alan Eyrə istinad edən “The Wall Street Journal (WSJ)” nəşri belə məlumat yayıb.

“Nə qədər paradoksal səslənsə də, biz hazırda İran hökumətinin elə indi nüvə silahı əldə etmək əzmini gücləndirə bildik. Onlar bir növ müdafiə strategiyasını necə yenidən qurmağı və ya heç olmasa yenisini yaratmağı öyrənəcəklər, çünki onlardakı strategiya artıq işləmir”, - Alan Eyr bildirib.

Onun sözlərinə görə, indi İslam Respublikasının bəzi nümayəndələri əmindirlər ki, atom bombası “İsrail və ABŞ-ni yeni hücumlardan çəkindirməyə qadir olan yeganə silahdır”.

Bundan əvvəl İranın Xarici İşlər naziri Abbas Əraqçi bəyan etmişdi ki, Vaşinqtondan hücumun təkrarlanmayacağına dair zəmanət alacağı halda İran nüvə məsələsi ilə bağlı ABŞ ilə danışıqları bərpa etməyə qərar verəcək.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   zərbələr   nəticə  



Xəbər lenti